AZ

“Araz-Naxçıvan” Bakıda qaldığı müddətdə məğlubiyyətlər ard-arda gələcək”

“Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında keçirdiyi ilk oyunda darmadağın oldu.

Bəs naxçıvanlıların oyun üslubunda nə dəyişib? Bu gedişlə komandadan nə gözləmək olar? Bu sualları “Araz Naxçıvan”ın sabiq mətbuat katibi Tahir Tahiroviçə ünvanladıq:

“Araz-Naxçıvan”ın məşqçi problemiyox idiki, dəyişiklik də olsun. Ümumi problem var. Komandadan ayrılan yalnız iki qardaşlar - Azər və Araz Bağırovlardı. “Qəbələ”dən iki nəfər gətirməklə dəyişiklik olacağına inanmıram. Elmar Baxşıyevin də işini müzakirə etmək istəmirəm. Özünə görə savadlı məşqçidi. Komandaya 5 gün öncə qoşulan məşqçidən xüsusi nəsə gözləmək haqsızlıq olar. Yəni sən gəlmisən və ilk oyundan“Neftçi”ni məğlub etməlisən. Gözləyək görək, “Araz-Naxçıvan”ın taleyi necə olacaq? “Araz-Naxçıvan” Bakıda qaldığı müddətdə məğlubiyyətlər ard-arda gələcək, komanda Naxçıvana qayıtmalıdı”.

ƏSƏD SEYİDOV
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla