AZ

"İsrail İrana cavab zərbəsi endirmək qərarına gəlib" - “The Jerusalem Post”

İsrail Müdafiə Qüvvələri (SAXAL) İrana cavab zərbəsi endirmək qərarına gəlib, lakin bunun üçün hələ vaxt seçməyib.

Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələr “The Jerusalem Post”a bildiriblər.

Onların fikrincə, cavab variantları arasında İranın nüvə obyektlərinə zərbələr endirmək, həmçinin pilotsuz təyyarələr və ballistik raketlər üçün bazalara və buraxılış məntəqələrinə hücumlar daxildir.
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyalar və böyük kiberhücum da nəzərdən keçirilir.

Mənbələrə görə, SAXAL-ın bu variantların kombinasiyasından istifadə etməsi mümkündür. Məhdud reaksiya ilə İsrail qüvvələri yüksək rütbəli SEPAH zabitləri və onların müttəfiqləri arasında xüsusi şəxslərə diqqət yetirə bilər.

Azpost.info

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla