AZ

Azərbaycan şahmatçısı: Nicat Abasova psixoloji amil də təsir göstərir

Azərbaycan

Bakı, 17 aprel, AZƏRTAC

“Nicat Abasov İddiaçılar Turnirində deyil, başqa yarışda mübarizə aparsaydı, fərqli nəticə qazana bilərdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan şahmatçısı Azər Mirzəyev Kanadının Toronto şəhərində keçirilən İddiaçılar Turnirində ölkəmizi təmsil edən Nicat Abasovun çıxış barədə danışarkən deyib.

O, psixoloji amilin də 28 yaşlı qrosmeysterə mənfi təsir etdiyini bildirib: “Nicat ilk dəfədir bu cür yüksək səviyyəli yarışda mübarizə aparır. Onun üçün böyük uğurdur. Orada güclü rəqiblər iştirak edirlər. Həm turnirin adı, həm də gözləntilər Nicata təsir edir. Ümumi nəzər yetirsək, yaxşı təsir bağışlayır. Hətta ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşdə heç-heçəyə çox yaxın idi. Təəssüf ki, bunu əldən verdi”.

47 yaşlı iti zəka sahibi Nicat Abasovun bu gün Fransa təmsilçisi Əlireza Firuzcaya qarşı keçirəcəyi görüşdə uğurlu nəticə qazanacağına inandığını söyləyib: “Hazırda Əlireza da Nicat kimi yuxarı pillələrdə deyil. Turnirdən öncə də bu şahmatçı favoritlər arasında dördüncü yerdə göstərilirdi. Onun müdafiədə səhvlər etdiyinin şahidi olmuşam. Abasov bundan məharətlə istifadə edib nəticə qazana bilər”.

Qeyd edək ki, hazırda aktivində 3 xalı olan N.Abasov sonuncu-8-ci pillədə qərarlaşıb. İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla