AZ

Xaricə satdığımız spirtin qiyməti ucuzlaşıb

Cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 117 min 481 ton methanol (metil spirti) satıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, bu miqdarda məhsulun dəyəri 22 milyon 755 min ABŞ dollar olub. Bu, ötən ilin birinci rübü ilə müqayisədə miqdar ifadəsi ilə 17 min 849 ton (17,9%), dəyər ifadəsi ilə 1 milyon 296 min ABŞ dolları (6%) çoxdur. 2023-cü ilin ilk iki ayında Azərbaycanın methanol ixracı 99 min 632 ton miqdarında, 21 milyon 459 min ABŞ dolları dəyərində olub.

Bu ilin birinci rübündə ixrac olunan metanolun bir tonu üçün orta qiymət 193,6 ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7 ABŞ dolları (10%) ucuzdur. Ötən ilin birinci rübündə xaricə satılan metanolun bir tonu üçün orta qiyməti 215,3 ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə ixrac olunan methanol (metal spirit) ümumi ixracın 0,38 faizini, qeyri-neft sektoru üzrə ixracın 3,38 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla