AZ

“Proseslər bu nöqtəyə gəlib çıxmayacaq və İsrail tərəfindən…”- ŞƏRH

“Şübhə yoxdur ki, İsrail İrana cavab zərbəsi endirəcək. Ancaq nə vaxt və hansı obyektlərə hələ ki, məlum deyil. İsrailin hökumət kabinetində həm radikal, həm də mülayimyönlü müxtəlif qüvvələr fəaliyyət göstərir. Bu qüvvələr də özlüyündə İsrailin sərt və ya formal cavabının necə olmasına təsir göstərəcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, İsrail hərbi rəsmilərin bəyanatına görə, ölkə hazırlıq işləri görür, öz mülki əhalisinin müdafiəsini təmin etmək üçün tədbirlər həyata keçirir:

“Konkret vaxt təyin olunanda onlar bu zərbəni endirəcəklər. İran isə bunu istəmir və başa düşür ki, hazırki vəziyyətdə gərgin geosiyasi şəraitdə İsraillə genişmiqyaslı müharibənin alovlanması yersizdir. Ancaq hər ehtimal İran da öz hazırlığını görür. Hesab edirəm ki, əgər bu zərbələr hər iki tərəfdən qarşılıqlı olsa regionda gərginlik daha da şiddətlənəcək. Ancaq proseslər bu nöqtəyə gəlib çıxmayacaq və İsrail tərəfindən nöqtə zərbələrin endirilməsi ilə proses başa çatacaq. Ancaq bu halda ki, bu zərbələr böyük dağıntı və acı nəticələrə gətirib çıxartmasın”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla