AZ

Almaniyada yaşayan jurnalist axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi jurnalist Zalina Marşenkulovanı axtarışa verib. Jurnalistin adı nazirliyin  axtarış məlumat bazasında yerləşdirilib.

Herbiand.az xəbər verir ki, jurnalist terrorçuluğa açıq şəkildə bəraət qazandırmaqda ittiham olunur.

Marşenkulovaya qarşı terrorçuluğa bəraət qazandırmaq maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) cinayət işi açılıb. Səbəb onun Telegram kanalında, hərbi müxbir Vladlen Tatarskinin öldürülməsinə haqq qazandıran yazılar olub.

Hazırda Marşenkulova Almaniyada yaşayır.

Herbiand.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla