AZ

Kremlin strateji MƏQSƏDİ: Rusiya Ukraynanın bu şəhərini ələ keçirmək istəyir – Tarix AÇIQLANDI

“Rusiyanın Xarkovu ələ keçirmək istəyi Kremlin çoxdankı strateji məqsədlərindən biridir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Fikrət Sadıxov söyləyib.

O, Rusiyanın gələn ay Xarkovu işğal edə biləcəyi ilə bağlı Qərb mətbuatının dərc etdiyi məlumatları şərh edib.

F. Sadıxov isə hesab edir ki, müharibənin ilk günlərindən Kiyev Xarkov Rusiya ordusu tərəfindən daim atəşə tutulsa da, bu ərazilərin ələ keçirilməsi o zaman alınmamışdı.

“İndi isə görünən odur ki, strateji vəziyyət müəyyən dərəcədə dəyişilib və ruslar hesab edir ki, Xarkovu işğal etmək üçün əlverişli bir məqam yaranıb. Amma bu, heç də o demək deyil ki, Rusiya Odessadan əl çəkəcək. Ruslar Odessaya da göz tikiblər və görünən odur ki, Odessanı da bombalayaraq, nə vaxtsa oranı da işğal etməyə cəhd edəcəklər. Həmin şəhərlər işğal ediləcək, ya yox, bu başqa bir məsələdir. Lakin düşünürəm ki, Rusiya bu şəhərləri asanlıqla işğal edə bilməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Qərb kəşfiyyatının iddiasına görə, “Crocus City Hall” hadisəsindən sonra Rusiya Ukraynada genişmiqyaslı əməliyyatlara başlamaq niyyətindədir.

Rafi Müslümov

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla