AZ

İran gərginlikdən istifadə edərək hicab qaydalarını sərtləşdirdi

İranda qadınlar məcburi hicab taxmaqdan imtina etdiklərinə görə daha sərt repressiyalarla üzləşirlər.

SEPAH-ın İsrailə qarşı raket və pilotsuz təyyarə əməliyyatları İran rejiminin ölkədaxilindəki amansız siyasətini kölgədə qoyur. Belə ki, iran rejimi “ictimai tələb”in bu yöndə olduğunu iddia edərək qadınlara qarşı yeni və daha sərt hicab qaydaları tətbiq etməyə başlayıb.

Əxlaq polisinin sayı 2022-ci ildə Məhsa Əminin ölümündən sonra nisbətən azalsa da, Tehranın mərkəzi rayonları ətrafında polis patrulları və əxlaq polisləri daha da gücləndirilmiş iş rejimində küçələrə yenidən qayıdır.

Yeni hicab qaydalarına əməl etməyən müəssisələr bağlana bilər. Tehranın polis rəisi Abbas Əli Məhəmmədiyan tərəfindən elan edilən yeni qaydalar, İranın qadın və qızlara qarşı daha çox zülmün göstərələcəyinə işarədir.

Iranian

"Bu gündən etibarən Tehran polisi digər əyalətlərdə olduğu kimi, hicabla bağlı qanunun pozulmasına qarşı tədbirlər görəcək", - o, şənbə günü canlı televiziyada müsahibəsi zamanı bildirmişdir.

Əli Xamenei amansız qaydalara haqq qanazdırmağa çalışaraq bildirib: "Polisin əvvəlki xəbərdarlığına məhəl qoymayan insanlara bu gündən şəhərdə xüsusi xəbərdarlıq ediləcək və onlara qarşı qanuni tədbirlər görüləcək." 

Sosial şəbəkələrdə yayımlanan videolarda vətəndaşların avtomobillərinin şüşələrinin polislərin dəyənəkləri ilə sındırıldığı görsənir. Bəzi şəxslər İranın İsraillə getdikcə artan gərginlikdən istifadə edərək repressiyaların daha da pisləşdiyini vurğulayıb. Onlar hökumətin polis motosikletçiləri tərəfindən hücuma məruz qaldıqlarını söyləyiblər.

Bəzi şəxslərin avtomobilləri qadınları hicabsız daşıdıqlarına görə müsadirə edilib və onlar cəzalandırılıb. İran rejimi hicab qaydalarına riayət etməyən kafe və restoranları bağlamağa davam edir.

visiontv.az



Seçilən
28
Mənbələr
Şərh ()
Bağla