AZ

Əbu-Dabidə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası açılıb

Əbu-Dabi, 17 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası işə başlayıb.

AZƏRTAC-ın BƏƏ paytaxtına ezam olunmuş müxbiri xəbər verir ki, sessiya “COP28-in yekunları: infrastruktur, strategiya və bərpa olunan enerjidən istifadəni üç dəfə artırmaq və enerji keçidini sürətləndirmək bacarıqları” mövzusunda keçirilir.

Sessiyanın açılışında IRENA Assambleyasının 14-cü sessiyasının prezidenti, Ruandanın infrastruktur naziri Cimmi Qasore, IRENA Assambleyasının 13-cü sessiyasının prezidenti, Hindistanın Yeni və Bərpa Olunan Enerji Naziri Rac Kumar Sinqxin adından Hindistanın Yeni və Bərpa Olunan Enerji Mənbələri Nazirliyinin təmsilçisi Bhupinder Bhalla, həmçinin IRENA-nın baş direktoru Françesko La Kamera çıxış ediblər. BMT-nin Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis də videobağlantı vasitəsilə iştirakçılara müraciət ediblər.

IRENA Assambleyasında 144 ölkədən 1300-dən çox nümayəndə, o cümlədən nazirlər və şirkətlərin baş direktorları iştirak edirlər.

Tədbir panel iclasları ilə davam edir.

 

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla