AZ

AzMİU-nun professoru M.Məmmədovun “İşğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafının İlham Əliyev strategiyası” adlı monoqrafiyası nəşr olunub

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesiniqtisadiyyatı və menecment kafedrasının müdiri professor MəhəbbətMəmmədovun “İşğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafınınİlham Əliyev strategiyası” adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyanın elmi redaktoru X.Xəlilov, redaksiya heyətininüzvləri isə akademik Z.Səmədzadə, professor E.Hacızadə, iqtisadelmləri doktoru V.Qasımlı, dosent İ.Məmmədov, iqtisad üzrə fəlsəfədoktoru Ş.Əlizadə, baş müəllim L.Ələkbərovadır.

Monoqrafiya 13-14 iyun 2023-cü ildə AzMİU-da keçirilən “İşğaldanazad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası:hədəflər və istiqamətlər” adlı beynəlxalq elmi konfransınmaterialları əsasında hazırlanıb. Nəşr ümumilikdə 3 fəsildənibarətdir. Belə ki, monoqrafiyada “Azərbaycan Respublikasınınprezidenti İlham Əliyevin post-konflikt dövrdə işğaldan azadedilmiş ərazilərin inkişaf prioritetləri”, “Qarabağ və ŞərqiZəngəzur iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiyaprosesləri” və “Ölkənin dinamik və davamlı inkişafı” fəsilləri üzrətəhlillər aparılıb.

Nəşrdə Böyük Qayıdışın tərkib hissəsi olan moderninfrastrukturun formalaşması və inkişaf strategiyası,infrastrukturun bərpası və yenidən qurulmasının investisiyatəminatı məsələlələrinə də toxunulur.

İşğaldan azad edilən ərazilərin iqtisadi inkişafında İlhamƏliyev strategiyasını, eyni zamanda Vətən müharibəsindən sonraQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasıistiqamətində görülmüş işlərin miqyasını öyrənmək üçün dəyərlimənbə olan nəşr ali təhsil müəssisələrinin müəllimləri, tələbələri,gənc tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

AzMİU-nun
AzMİU-nun
Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla