AZ

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb.

"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib.

Bildirilir ki, bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilinin yerində komitənin inzibati binasının inşa edilməsi və xarici iqtisadi fəaliyyət mərkəzinin yaradılması planlaşdırılır.

Qeyd olunur ki, 2022-ci ilin yayından evsiz qalan aztəminatlı ailələr boş olan bu binaya köçməyə başlayıblar. Buna baxmayaraq, ailələr 2023-cü ilin fevralında binadan çıxarılıb.

Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla