AZ

"Komanda özünəinamı itirib, futbolçular çoxlu səhvlərə yol verirlər"

«Son turlarda nəticələr istədiyimiz kimi getmədi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin idman direktoru Səbuhi Səifyarlı deyib.

Mövsümün gedişini dəyərləndirən təcrübəli klub idarəçisi bildirib ki, komanda özünəinamı itirib:

«Ona görə də futbolçular çoxlu səhvlərə yol verirlər.Özünüz də görürsüz, fərdi səhvlər çoxdur.

Oyunçuların səviyyəsi də bu vəziyyətdən çıxmağa imkan vermir. Nəticələrin belə olması bundan irəli gəlir.

Amma kubokda mübarizəni hələ davam etdiririk. Komandanın Premyer Liqa ilə kubok oyunlarına köklənməsi bir az fərqlidir.

Yarımfinaldayıq və komanda burada daha inamlı çıxış edir. Kubokda sonadək gedəcək və mümkün olduğu qədər yaxşı nəticə qazanmağa çalışacağıq».

«Qəbələ» Premyer Liqanın 30 turu çərçivəsində 16 xal toplayıb. «Qırmızı-qaralar» bu göstərici ilə turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Çempionatdan fərqli olaraq, əyalət təmsilçisinin ölkə kubokunda vəziyyəti qənaətbəxşdir.

Komanda yarımfinaldadır və «Zirə» ilə səfərdə keçirdiyi ilk matçı 1:2 hesabıyla uduzub. Finala vəsiqə qazanmaq üçün evdə qələbə əldə etmədərişərtdir.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla