Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulacaq.
Publika.az xəbər verir ki, son matç günündə də 2 qarşılaşma keçiriləcək.
Gecənin İngiltərədə keçiriləcək əsas oyununda "Mançester Siti" "Real"ı qəbul edəcək. Bu komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatdığından bu oyuna maraq olduqca böyükdür.
Digər matç isə Almaniyada baş tutacaq. "Bayern" doğma azarkeşləri önündə "Arsenal" ilə üz-üzə gələcək. Sözügedən komandaların Londondakı duelində 2:2 hesablı heç-heçə qeydə alınıb.
Bu cütlərin qalibləri finala gedən yolda üz-üzə gələcəklər.