Stefano Pyoli tezliklə “Milan”dakı işini itirə bilər.
Onun komandası Avropa Liqasında mübarizəni dayandırsa, rəhbərlik təcrübəli məşqçi ilə vidalaşacaq. Bunu “La Gazzetta dello Sport” iddia edir. Xatırladaq ki, “Milan” Avropa Liqasının 1/4 finalının ilk oyununda “Roma”ya öz meydanında 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu aprelin 18-də Romada keçiriləcək.
Pyoli “Milan”ı 2019-cu ildən çalışdırır. O, komandanı 2021/22 mövsümündə çempionluğa daşıyıb.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta