AZ

Paşinyanın yenidən Qazaxla sərhəddə gəldi – NƏYƏ TƏLƏSİR? BİZİM ŞƏRH

Qazağın işğal altında olan kəndləri Ermənistanın gündəliyindən çıxmır.

Müxalif qüvvələrin etirazlarına və ittihamlara rəğmən baş nazir Nikol paçinyan Qazağın kəndlərinin azad edilməsi üçün qərarlı görünür.

Herbiand.az xəbər verir ki, erməni mənbələri bu gün səhər saatlarında baş nazir yenidən Qazağın işğal altında olan kəndlərinə səfər edib.  Bu Nikol Paşinyanın işğal altında olan ərazilərə ikinci səfəridir.

Birinci səfərində dörd kəndin Azərbaycana qaytarılmasının vacibliyini bildirən Nikol Paşinyandan sonra onun komandasında olan siyasətçilərin bir çoxu da bu addımı əsaslandırmaq üçün müxtəlif arqumentlər gətirmişdilər.

Hələlik səfərin təfərrüatları bəlli olmasa da, baş nazirin əhalini inandırmaq üçün yeni cəhdlər edəcəyi istisna edilmir.

İndi əsas sual Nikol Paşinyanın bu addımının Qərbdə və Rusiyada necə qarşılanacağı ilə bağlıdır.

Paşinyanın Brüsseldə üçtərəfli görüşdən sonra belə bir addım atması Qərbin bu məsələdə ciddi etirazınin olmamasına dəlalət edir. Bunun əksinə  yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasına etiraz bildirənlərin əsasən Rusiya meylli siyasi qüvvələr və “beşinci kolonun” ruporu olan KİV olması Kremlin bu məsələyə isti yanaşmadığının göstəricisi ola bilər.

Lakin bəlli faktdır ki, Kreml rəsmi İrəvanın bu konstruktiv davranışına qarşı hər hansı bir rəsmi addım atması inandırıcı görünmür.

Narahatlığın aradan qaldırılması üçün Rusiya bu ərazilərdə təhlükəsizliyi öz üzərinə götürmək istəyə bilər. Bu isə Ermənmistan hakimiyyətinin arzulamadığı bir reallıqdır.

Görünür buna görə də Paşinyan nəzərdə tutulan Moskva səfərindən əvvəl bu məsələni həll etmək istəyir.

Herbiand.az

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla