AZ

Yaponiyadan İsrailə çağırış – Hücumlardan narahat olduqlarını bildirdilər

Yaponiya hökuməti İsraili Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün təmkinli davranmağa çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Kamikava Yoko İsrailin xarici işlər naziri Yisrael Katz ilə telefon danışığında ölkəsinin İranın İsrailə hücumlarından dərin narahat olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin bəyanatına görə, 25 dəqiqə davam edən görüşdə Kamikava gərginliyi qətiyyətlə pislədiklərini təkrarlayıb və Yaxın Şərqdəki mövcud vəziyyətin İsrail və İsrail xalqının da maraqlarına uyğun olmadığını vurğulayıb. 

Yaponiyalı nazir bölgədə gərginliyin daha da artacağı təqdirdə onun nəzarətdən çıxa biləcəyi ehtimalını vurğulayaraq, İsraili təmkinli davranmağa çağırıb.

Ölkəsinin Qəzza zolağı və cənubdakı Rəfah şəhərindəki vəziyyətdən narahat olduğunu qeyd edən Kamikava humanitar yardım fəaliyyətlərinə uyğun davamlı mühitin təmin edilməsi üçün dərhal atəşkəs tələb edib.

Ayşən
Seçilən
61
34
Mənbələr
Şərh ()
Bağla