AZ

“Arabica”nın planetdə nə vaxt peyda olduğu aşkarlandı: İlk dəfə bu ölkədə dəmlənib

Dünyanın müxtəlif yerlərindəki qəhvə bitkilərinin genlərindən istifadə edərək, elm adamları “Coffea arabica” və ya qəhvə həvəskarları tərəfindən sadəcə olaraq "Arabica" kimi tanınan dünyanın ən məşhur qəhvə çeşidinin şəcərəsini tərtib ediblər.

Publkika.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Tədqiqatçılar bu növün təxminən 600.000 il əvvəl digər iki növ qəhvənin təbii kəsişməsi nəticəsində ortaya çıxdığını aşkar ediblər.

Buffalo Universitetinin bioloqu Viktor Albert bildirib ki, proses insan müdaxiləsi olmadan baş verib.

Bu yabanı qəhvə bitkilərinin vətəni Efiopiyadır, lakin 1400-cü illərdən başlayaraq ilk növbədə Yəməndə qovurulduğu və dəmləndiyi düşünülür. 1600-cü illərdə hindistanlı rahib Baba Budanın Yəməndən gizlicə yeddi çiy qəhvə dənəsini gətirdiyi güman edilir ki, bu da qəhvənin qlobalı şəkildə yayılmasını təmin edib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla