AZ

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin Türkiyəyə səfərindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin respublikaya səfəri ilə bağlı yaranmış vəziyyəti şərh edib.

Türkiyə lideri səfərin tarixinin hələ müəyyən edilmədiyini, lakin daimi əlaqədə olduqlarını vurğulayıb: “Cənab Putinlə tez-tez telefonla əlaqə saxlayırıq, onun Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib”, – Türkiyənin dövlət başçısı deyib. Eyni zamanda, o, yaxın vaxtlarda bu məsələyə aydınlıq gətiriləcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Türkiyə mediası Vladimir Putinin Türkiyəyə səfərinin fevralın 12-də baş tutacağı ilə bağlı məlumat yaymışdı. Daha sonra Rusiya prezidentinin Rusiya Federasiyası və Türkiyədə keçirilən seçkilərdən sonra respublikaya səfər edəcəyi bildirilmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla