AZ

Tokayev rus dilinə qarşı mübarizədən danışdı: Rahat şəkildə...

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəzi ölkələrdə süni həyəcan yaradılması və rus dilinə qarşı mübarizə barədə tənqidi fikirlər səsləndirərək, bunu axmaqlıq adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” portalı respublika başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Kostanay vilayətinin sakinləri ilə görüşündə Tokayev vurğulayıb ki, Qazaxıstan Konstitusiyasına əsasən, rus dili rəsmi statusa malikdir və yeganə dövlət dili olan qazax dili ilə yanaşı istifadə olunur.

“Ona görə də heç bir ziddiyyət yoxdur, rahat şəkildə danışmaq lazımdır”, - Tokayev deyib.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla