AZ

Yüksək Liqa: 19-cu turun hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

19-cu turun matçları aprelin 21-də “Olimpik Star”da keçiriləcək. Təyinatlar belədir:

Yüksək Liqa
19-cu tur
21 aprel

U-19 – Neftçi İK
Hakimlər: Mahir Məmmədov, Xəlil Xəlilov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Yasamal Bakı – Baku Fire
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Record – Araz-Naxçıvan
Hakimlər: Hidayət Feyzullayev, Nahid Xasıyev, Ziya Nəsirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla