Yol vermək üstündə dava: 8 dəfə bıçaqladı
Sürücüləri yol vermək üstündə dava ediblər
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Sürücülərdən biri digərinə 8 bıçaq zərbəsi vurub. Onun yanındakı digər şübhəli isə silah ilə atəş açıb.
Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Yaralının xəstəxanada müalicəsinin davam etdiyi öyrənilib. Hadisədə istifadə edilən bıçaq və 2 patron prospektdə araşdırma aparan polis qrupları tərəfindən ələ keçirilib. Qaçan şübhəlilərin axtarışlar davam etdirilir.