AZ

"Dünyada yeni epidemiyaların yaranması riski yüksəkdir" - Putin

"Dünyada yeni epidemiyaların yaranması riski yüksəkdir".

 

Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

 

“Dünyada yeni epidemiyaların yaranması və artıq məlum olan təhlükəli xəstəliklərin yayılması riski çox yüksək olaraq qalır. Afrika qitəsi bu çağırışlara qarşı xüsusilə həssasdır və əhalini müxtəlif infeksiyalardan qorumaq üçün tibbi, texnoloji və elmi potensialın genişləndirilməsini sürətləndirməyə ehtiyac duyur”, - Putin Yoluxucu Xəstəliklərlə Mübarizə üzrə Birinci Rusiya-Afrika Beynəlxalq Konfransında qeyd edib.

 

Onun sözlərinə görə, Rusiya səhiyyənin bu mühüm sektorunda fəal əməkdaşlığa hazırdır.

 

Xatırladaq ki, 2023-cü ilin payızında ÜST rəsmisi Ceremi Farrar iqlim dəyişikliyi səbəbindən dang qızdırmasının Avropa və ABŞ-nin bəzi hissələrinə yayılacağını bildirib.

 

Əzizə

Seçilən
34
46
Mənbələr
Şərh ()
Bağla