AZ

Prospektdə idarəetmədən çıxan “Tofaş” iki dəfə “Prius”a çırpıldı - ANBAAN VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 12-dən 13-nə keçən gecə qeydə alınıb. 
Hərəkətdə olan “Tofaş” markalı maşın, “Toyota Prius” markalı avtomobillə toqquşub. 
Qəzaya səbəb “Tofaş” sürücüsünün manevr qaydasını pozması olub. Belə ki, qəflətən sağdan sola manevr edən sürücü sol zolaqdakı maşına çırpılır. İdarəetmədən çıxan avtomobil divara dəyir və “Prius”la yenidən toqquşub. 

Qeyd edək ki, sürücü avtomobilin anidən sürüşərək qəzaya səbəb olduğunu bildirib. Lakin zərərçəkmiş onun içkili halda maşını sürdüyü iddia edib.

Nərmin

 

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla