AZ

“Paris-2024”ə vəsiqə qazanmış Azərbaycan yığmasının basketbolçusu: Nəticəmiz fantastikdir

“Paris-2024”ə

Bakı, 17 aprel, AZƏRTAC

"Hələ də inana bilmirəm. Yazdığımız tarixi dəlilik adlandırardım. Sadəcə, fantastika idi".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Mersedes Volker “Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaları barədə danışarkən deyib.

O, bütün oyunların gərgin keçdiyini vurğulayıb: "Turnirdən öncə anlayırdıq ki, burada zəif komanda yoxdur. Belə də oldu. Qələbə meydanda daha yaxşı mübarizə aparan tərəfin olurdu. Yarımfinal və final görüşləri inanılmaz alındı. Karyeram ərzində bu cür həyəcan yaşadığımı xatırlamıram".

38 yaşlı basketbolçu onları dəstəkləyən hər kəsə təşəkkür etdiyini bildirib: "Heyətdə olan oyunçular 2014-cü ildən birlikdə çıxış edirlər. Tarixi nəticə ilə qürur duyuruq. Formadakı adımıza deyil, Azərbaycan yazısına görə oynadıq. Bura mənim ikini Vətənimdir. Xalqımıza möhtəşəm hisslər yaşatdığımız üçün xoşbəxtəm".

Qeyd edək ki, Azərbaycan millisi Honkonqda keçirilmiş təsnifat turnirinin B qrupunda Çili və Monqolustanı məğlub edib. Komanda son oyunda Niderlanda uduzsa da, yarımfinala vəsiqə qazanıb. Yığma 1/2 finalda Macarıstana, finalda isə Polşaya qalib gələrək Paris Olimpiadasında iştirak hüququ əldə edib.

 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla