AZ

İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlifformada təsir edir - Hicran Hüseynova

Bakı. Trend:

İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif formada təsiredir. Bunların sırasında sağlamlıq, xüsusilə də reproduktivsağlamlıq, ərzaq və qida təhlükəsizliyi, ekoloji mühitin müdafiəsi,sosial-iqtisadi məsələlər, məskunlaşma və digər problemləri qeydedə bilərik.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın vəuşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdəAilə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar,energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqiaspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədədeyib.

Onun sözlərinə görə, artıq beynəlxalq ictimaiyyət səviyyəsindəetiraf olunur ki, iqlim dəyişikliyi probleminin həlli bu prosesinsosial aspektlərini nəzərə almadan, müxtəlif insan qruplarınatəsirini qiymətləndirmədən, ümumilikdə qadın və kişilərin bərabəriştirakı olmadan mümkün deyil.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda ekolojisivilizasiyanın əsas komponenti olaraq - yaşıl əmək fəaliyyəti,yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunur. Ətraf mühitproblemlərinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərindəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir.

Bizim qarşımızda hansı vəzifələr dayanır? Ekoloji problemlərinyaratdığı reallıqları necə dərk edirik? Necə anlayırıq?Vətəndaşlarımız bunu təkcə məktəblərdə, təhsil müəssisələrindəöyrənməli deyil, daha geniş şəkildə maariflənməlidir.

Hər bir ailədə su, qaz, elektrik enerjisindən qənaətlə istifadəolunmalıdır. Ətraf mühiti qorumalıyıq. Biz ailədə böyüyənuşaqlarımıza da bunları öyrətməliyik. Bütün bunlar məişətmədəniyyətinin, ekoloji mədəniyyətin formaşamasına səbəb olacaq. Buisə insanların ekoloji problemlərə daha ehtiyatla yanaşması,təbiətlə harmoniyada yaşaması deməkdir”, - deyə H.Hüseynova əlavəedib.

Seçilən
197
6
Mənbələr
Şərh ()
Bağla