AZ

Bricit Makronun həyatı barədə serial çəkiləcək

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, "Gaumont" prodüser şirkəti “Bridget, a free woman” ("Bricit - azad qadın") adlı 6 hissədən ibarət serial çəkəcək.

Ssenariçilərindən biri bildirib ki, serial cütlüyün ilk görüşü ilə başlayacaq.

Bricit Makron hazırkı əri ilə ilk dəfə orta məktəbində müəllim işləyərkən tanış olub.

Cütlük 2007-ci ildə, Makronun 29, Bridgetin 54 yaşı olanda evlənib.

O, bir müddət müəllimlik fəaliyyətini davam etdirib, lakin 2015-ci ildə əri siyasətə gələndə işdən ayrılıb. Makron 2017-ci ildə prezident seçilib.


Telegram kanalımız
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla