AZ

“Premyer Liqaya gələcəyimizlə bağlı real bir şey yoxdur”

Premyer Liqada növbəti mövsümdən klub sayının artırılması ictimaiyyətdə geniş müzakirə olunur. Elitaya yüksələcəyi iddia edilən klublardan biri də “Zaqatala”dır.

Uzun müddətdir I Liqada çıxış edən bölgə klubu illərdir Premyer Liqaya yüksəlməyin xəyalını qurur. Son söz-söhbətlərdən sonra əyalət təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq. O, İdmanxeber.az saytına komandanın APL-ə gələcəyi ilə bağlı çıxan iddialara belə cavab verdi:

“Hər mövsüm olduğu kimi, yenə belə xəbələr çıxır. Açığı, bununla bağlı bizə hər hansı bir məlumat verilməyib. Premyer Liqaya gələcəyimizlə bağlı real bir şey yoxdur. Hamı mövsümün sonunu gözləyir. Burada önəmli olan klub sayının artıb-artmamasıdır. Yalnız bundan sonra “Zaqatala”nın elitaya gəlib-gəlməyəcəyini bilmək olar. Üstəlik, lisenziyalaşdırma qaydaları da var. Bu prossesi də düzgün etmək lazımdır. Hələlik əsasnamə də dəyişiklik yoxdur. Əvvəldən deyildiyi kimi, sonuncu yeri tutan Premyer Liqadan düşəcək, I Liqada çempion olan isə elitaya yüksələcək”.

Həsən Quluzadə

 

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla