AZ

"Bacaracağımıza əmin idim" - PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl Xəlaifi Çempionlar Liqasının 1/4 finalında "Barselona"nı məğlub etdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, funksioner 4:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları deyib:

"Klub üçün inanılmaz andır. Burada qələbə qazanmaq asan deyil, amma bacaracağımıza əmin idim. İlk oyundan sonra da bu fikirdə idim. 13 ildə görmədiyim bir şeyi gördüm, bütün komanda döyüşdü, hamı bir-biri üçün mübarizə apardı".

PSJ yarımfinalda "Borussiya" (Dortmund) ilə qarşılaşacaq.
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla