AZ

Paşinyan yenə hakim fraksiyanın deputatları ilə görüşdən imtina etdi

Nikol Paşinyan uzun müddətdir ki, müxtəlif səbəblərdən hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə görüşü təxirə salır.

Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Qəzet yazır ki, aprelin 5-də Brüsseldə keçirilən toplantıdan sonra da hakim partiya deputatları Nikol Paşinyanın parlamentə getməsini və nəhayət, qapalı iclas zamanı narahatlıqlarına cavab verəcəyini gözləyirdilər, lakin Paşinyan işinin çox olduğunu əsas gətirərək hər dəfə qapalı görüşlərdən yayınır.

Erməni nəşrinin hakim fraksiyadakı mənbəsi məlumat verib ki, deputatlar görüşün təşkili üçün hətta fraksiya rəhbəri Hayk Konjoryana da müraciət ediblər.

“O da, öz növbəsində, Baş nazirin məşğul olduğunu, lakin yaxın vaxtlarda görüşə gələcəyinə əmin olduğunu bildirib. Yəqin ki, nəticələr Paşinyan üçün də ürəkaçan olmayıb və o, deputatlara nə təqdim edəcəyini bilmir, ona görə də görüşlərdən yayınır”, – deyə qəzet yazır.

Rafi Müslümov

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla