AZ

Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun

Bakı. Trend:

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinəköçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlikkompensasiya ödəniləcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadisiyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləniclasında müzakirə edilən “Gömrük orqanlarında xidmət haqqındaƏsasnamə”də dəyişiklikdə öz əksini tapıb.

Layihədə qeyd edilir ki, qeyd olunan xərclərin vəkompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən ediləcəkdir.

Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədaryaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildəyaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailəüzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçünpul kompensasiyası ödəniləcəkdir. Pul kompensasiyasının ödənilməqaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindənmüəyyən ediləcəkdir.

Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərindəxidmət keçməni tənzimləyən qanunvericilik aktlarında təsbitolunmuşdur və praktikada tətbiq olunur.

Seçilən
63
49
Mənbələr
Şərh ()
Bağla