AZ

Fəzail Ağamalı Hadı Rəcəblinin vəfatından danışdı

“Hadi müəllim onu tanıyanların yaddaşında həmişə xoş xatirələrlə yaşayacaqdır. Yetərincə mülayim, konfliktlərdən uzaq duran, münasibətləri həmişə yaxşı saxlamağa çalışan, ünsiyyətcil, zarafatcıl, xeyirxah bir insanı itirdik”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fəzail Ağamalı bu gün vəfat edən sabiq millət vəkili Hadi Rəcəbli haqqında danışarkən deyib.

F.Ağamalı mərhumun ailəsinə başsağlığı verib:

“Uzun illər boyu Milli Məclisin deputatı kimi Azərbaycan dövlətçiliyinə xidmətini göstərdi, ən çətin sahələrdən biri olan Sosial Siyasət Komitəsinə rəhbərlik etdi. Bir çox haqlı və haqsız hücumları öz üzərinə götürməyi bacardı. Lakin bir dəfə də olsun, bu haqsız hücumlara, təhqirlərə yol verənlərin ünvanına onun tərəfindən təhqiramiz söz işlədildiyinin şahidi olmadım. Milli Məclisdə sosial məsələlərin müzakirələri zamanı deputatlara ünvanlanan müraciətləri ona çatdırırdıq. O da çox doğru, düzgün, millətimizin maraqlarına uyğun, Azərbaycan qanunları çərçivəsində müraciətlərə cavab verərirdi. İşləməkdən yorulmayan keçmiş həmkarımızı itirdik. O, bizim yaddaşımızda həmişə xoş xatirələrlə qalacaq. Onun əzizlərinə başsağlığı verirəm”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
71
1
Mənbələr
Şərh ()
Bağla