AZ

Nazpəridən SƏRT İRAD: “Bunu eşidəndən başıma hava gəlib”

“Bunu eşidəndən dəli olmuşam, başıma hava gəlib”.

Yenicag.az xəbər verir ki, bu sözləri xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyeva “Zaurla Günaydın” verilişində deyib.

Sənətçi sənətə yeni gələn gənc həmkarları ilə bağlı iradlarını səsləndirib. O, pul verib, mahnısını trendə salan müğənniləri tənqid edib, ğunun sənət olmadığını vurğulayıb:

“Sənətkarlar kənara çəkilir, meydan qalıb uşaqlara. Uşaqlar deyəndə başqa cür anlamasınlar. Deməsinlər, Nazpəri uşaqlara imkan vermir. Əksinə, hər zaman gənclərə dəstək olmuşam. Mənim duet oxuduğum gənclər övladım yaşındadır. Hətta övladımdan da kiçikdirlər. Bəzən mənə irad tuturlar ki, niyə onlarla oxuyursan? Deyirəm, biz gənclərə hər zaman dəstək olmalıyıq. Təkcə bir müğənnidən söhbət getmir, bugünkü gənclərdən danışıram. İstər qız olsun, istər oğlan, hamısı çıxır, trenddən danışır. 500 manat verirlər, mahnıları trend olur. Bunu eşidəndən dəli olmuşam, başıma hava gəlib. 300 manat verirsən, neçə həftə istəyirsən, trenddə olursan. Yəni nə qədər pulun var, ver, birinci olaraq qal. Deməli, bu da sənət deyil, pulla həll olunan məsələdir. Bu da bir yerə qədər davam edir”.

Nehru

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla