AZ

İş yerimizdə ədalətsizlik varsa, işdən ayrılaq, yoxsa mübarizə aparaq?

Bəzi insanlarda “Kim işdə ədalət axtarırsa, o, yeni iş axtarır” kimi fikirlər formalaşıb. Həmin insanlar işdə ona qarşı ədalətsizlik olsa da, ya iş yerini tərk etmir, ya da həmin ədalətsizliyi düzətməyə çalışır. İşlədiyimiz müsəssisədə bizə qarşı ədalətsizlik olarsa, işi tərk etməliyik, yoxsa hansısa səbəblərdən həmin yerdə işləməliyik? Ümumiyyətlə, işçilər iş yerində hansı ədalətsizliklərlə üzləşirlər?

Bu barədə Valyuta.az-a danışan Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, insan resursları mütəxəssis Saleh Həsənov bildirdi ki, bu məsələ daha çox avtoritar idarəetmə sistemi olan şirkətlərə aiddir. İnsan işlədiyi yerdə ədalətsizliklə üzləşirsə, orada işləməlidir:

“Həmin ədalətsizliyi mümkün qədər bərpa etmək lazımdır. Burada şirkət rəhbərlərinin, təsisçinin, direktorun və s. yanaşmasından irəli gələn və insan resursları departamentinin həyata keçirdiyi qarşılıqlı əməkdaşlıq səviyyəsində aradan qaldırılmalı məqamlar var. İş yerində ədalətsizlik məsələsi hansısa prosesə görə işçiyə görə tətbiq olunan diskriminasiya (ayrı-seçkilik) və ya ədalətsiz yanaşma olaraq götürülə bilər. Bunların heç biri şirkətlərdə olmamalıdır. Bunlar olan zaman təbii ki, işçi yeni iş axtarmalıdır. Ona qarşı ədalətsizlik olan yerdə çalışmalı deyil. Əgər əməkdaş ümumiyyətlə, şirkətdə ədalətsizlik mühiti görürsə və bunun aradan qaldırılması üçün mümkün qədər əlindən gələni etməlidir. Bu, işçinin həm korporativ borcudur, həm də vicdan məsələsidir. İnsan ədalətsizliyə qarşı çıxmalıdır. Şirkət ədalət prinsipi əsasında işləməlidir. Çünki, şirkətin dəyəri, uğuru, vizyonu olmasında ədalətin birmənalı olaraq ön sırada durmalıdır. İşçi bu ədalətsizliyin dəyişilməsinə nail olmağa çalışmalı, əgər mümkün olmursa, işini dəyişməlidir”.

Mütəxəssis şirkətlərdə işçilərin əsasən iki formada ədalətsizliklə üzləşdiyini deyir:

“Birincisi, insanlar diskriminasiya ilə üzləşirlər. Bəzi şirkətlər əsasən qadınları və ya kişiləri daha çox işə götürə bilər. Və ya ola bilər ki, dini, milli, irqi ayrı-seçkilik olsun. Yaxud işçiyə tapşırılan iş yükünün çox olması ədalətsizliyə səbəb ola bilər. Bu da işçilərin vəzifə öhdəliklərini yaxşı bilməməsindən irəli gəlir. Ədalətsizlik, əsasən, sistemin olmamasında və insan resursları departamentinin zəif olduğu yerlərdə olur. Sistemli yanaşma olduğu zaman ədalətsizlik də minimum həddə olur”.

Əvəz Həsənov

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla