AZ

Belə Niva Azərbaycanda yoxdur- FOTO

80-ci illərin ortalarında, daha doğrusu yenidənqurma adlanan müddətdə SSRİ-nin avtomobil istehsalçıları müəyyən sərbəstlik əldə etdilər. Bu müddət ərzində baza modellərin əsasında müəyyən yeni variantlar ərsəyə gəldi. Bunlardan birini də Litvanın Auviga firması hazırladı. 

Avtosfer.az xəbər verir ki, klassik Nivanın bazasında “səyyar ev” (kemper) hazırlamaq istəyən litvalı mühəndislər maşına üçüncü ox əlavə etdilər. avtomobilin kuzovunda da müəyyən dəyişiklik aparıldı. Kemper avtomobilə sərt şəkildə birləşdirilsə də, istirahət vaxtı onu açmaq mümkün idi. 
Çox ciddi maraq doğuran texnikanın müəyyən qüsurları da vardı. Kemper çox hündür olduğundan nahamar yolda və döngədə aşmaq riski yaradırdı. 
Lakin texnikaya maraq kifayət qədər böyük idi. 
Bununla belə, onun istehsal ömrü uzun olmadı. 1991-ci ildə SSRİ-nin süqutu hər şeyə son qoydu. İndi bu texnika kolleksiyaçıların maraq dairəsindədir.

Vüqar

FOTO QALEREYA
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla