AZ

Abasov Firuzcaya qarşı

Bu gün şahmat üzrə İddiaçılar Turnirində 11-ci turun oyunları keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan şahmatçılar bir günlük istirahətdən sonra lövhə arxasına keçəcəklər.

Şahmatçımız Nicat Abasov növbəti görüşünü keçirəcək. O, Alireza Firuzca ilə qarşılaşacaq. 29 yaşlı təmsilçimiz qara fiqurlarla oynayacaq.

İddiaçılar Turniri
11-ci tur, 17 aprel
Rameşbabu Praqnanandja - Hikaru Nakamura
Vidit Santoş Qujrati - Yan Nepomnyaşi
Dommaradju Qukeş - Fabiano Karuana
Alireza Firuzca – Nicat Abasov


Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 6, 3. Rameşbabu Praqnanandja (Hindistan) – 5,5, 4. Hikaru Nakamura (ABŞ) – 5,5, 5. Fabiano Karuana (ABŞ) – 5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, 12-ci turun oyunları sabah keçiriləcək. Abasov ağ fiqurlarla Vidit Santoş Qujrati ilə görüşəcək.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla