AZ

Viktor Orban Aİ rəhbərliyini İSTEFAYA ÇAĞIRDI

“Avropa İttifaqının (Aİ) rəhbərliyi uzun illərdir siyasi şantajla məşğuldur, istefaya getməlidir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamanı Macarıstanın baş naziri Viktor Orban  X hesabında yayımlanan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ liderləri yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar, hərbiyönlü siyasət kimi əsas layihələri özləri seçiblər və bunların hamısı uğursuzluğa düçar olub: “Avropa Birliyinin indiki rəhbərliyi getməlidir, bizə yeni liderlər lazımdır”, – Orban bildirib.

Baş nazir hesab edir ki, Brüssel qanunun aliliyi prinsipindən “siyasi şantaj” kimi istifadə edir. O, buna nümunə olaraq Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə açıqlamasını xatırladıb

Qeyd edək ki, Orban dəfələrlə, xüsusilə də  Ukraynanın Aİ tərəfindən maliyyələşdirilməsi və miqrasiya məsələlərində Brüsseli tənqid edib. Onun mövqeyinə görə, ittifaq Budapeşti səsvermə hüququndan məhrum edə biləcək “Aİ haqqında Müqavilə”nin 7-ci maddəsinin tətbiq olunmasını nəzərdən keçirməyə başlayıb.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
138
16
Mənbələr
Şərh ()
Bağla