AZ

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Rusiyanın Amur vilayətində miqrantlara sərnişindaşıma və ticarət sahəsində işləmək qadağan edilib.

Publika.az regional hökumətin saytına istinadən xəbər verir ki, müvafiq sənədi qubernator Vasili Orlov imzalayıb. Bildirilir ki, hazırda rayonda 14 minə yaxın əcnəbi çalışır ki, onların da 85 faizindən çoxu iri investisiya layihələrinin tikinti sahələrində işləyir.

Qalanları isə ticarət və nəqliyyat da daxil olmaqla, bütün fəaliyyət növləri ilə məşğul olurlar.

Fərman qüvvəyə mindikdən sonra işəgötürənlər üç ay ərzində xarici vətəndaşların sayını yeni standartlara uyğunlaşdırmalıdırlar. Amur vilayətinin hökuməti qeyd edib ki, işsiz Rusiya vətəndaşları miqrantları əvəz edə biləcəklər.

Sənədin tələblərinə əməl edilməməsi halında, işəgötürən bir milyon rubla qədər cərimə edilə və ya təşkilatın fəaliyyəti 90 günə qədər dayandırıla bilər.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla