AZ

ABŞ-da spiker Consonun istefası tələb olunur - KİV

ABŞ-da Konqresin Nümayəndələr Palatasının spikeri Mayk Consonun Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihəsinə görə istefasını tələb edirlər.

 

Modern.az xəbər verir ki, bunu "The Wall Street Journal" nəşri yazıb.

 

Nəşr bildirir ki, hətta onun partiya yoldaşları Consonun işdən çıxarılmasını tələb edirlər, xüsusən də Ukraynaya gələcək dəstəyin əleyhinə olan respublikaçı Tomas Massi.

 

Spiker özü bildirib ki, o, özünü “müharibə dövrünün spikeri” hesab etdiyi üçün istefa verməyəcək. Bundan əvvəl Ağ Ev də bəyan etmişdi ki, Ukrayna daxil olmadan yalnız İsrailin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməyəcəklər.

Seçilən
63
50
Mənbələr
Şərh ()
Bağla