AZ

Azərbaycan iqtisadiyyatına 5 milyard dollar yatıran 5 ölkə

Azərbaycan iqtisadiyyatına 2023-cü ildə 6 milyard 658 milyon ABŞ dolları dəyərində birbaşa xarici investisiya yatırılıb.

Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 6,1% çoxdur. 

Məlumata görə, Birləşmiş Krallıq Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların dəyəri 2022-ci illə müqayisədə 5,5% azalaraq 1 milyard 857 milyon ABŞ dolları olub. Bu ölkənin ümumi investisiyalar portfelində çəkisi 0,3% azalaraq 27,9% təşkil edib.

Türkiyənin ölkə iqtisadiyyatına yatırdığı investisiyaların dəyəri 2022-ci illə müqayisədə 15,3% artaraq 1 milyard 302 milyon ABŞ dolları təşkil edib. Bu ölkənin yatırdığı investisiyaların xüsusi çəkisi 2022-ci illə müqayisədə 8,8% artaraq 19,6% təşkil edib. 

Kiprin Azərbaycana yatırdığı investisiyaların dəyəri 791 milyon 594 min ABŞ dolları təşkil edib. Bu, 2022-ci illə müqayisədə 4,1% azdır, xüsusi çəkisi 11,9% təşkil edib. Bu, 2022-ci illə müqayisədə 9,8% azdır.

Rusiyanın ölkə iqtisadiyyatına investisiya qoyuluşu 2022-ci illə müqayisədə 19,1% artaraq 617 milyon 339 min ABŞ dolları olub. Azərbaycan iqtisadiyyatına ümumi investisiya payı 12% artaraq 9,3% təşkil edib. 

İran Azərbaycana 395 milyon 983 min ABŞ dolları investisiya yatırıb, bu, 2022-ci illə müqayisədə 10% çoxdur. Azərbaycan iqtisadiyyatına ümumi investisiya payı 3,5% artaraq 5,9% təşkil edib.

Nara

Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla