AZ

Deputat: Qarabağ Universitetində mühazirə deməyə hazıram

Sentyabrda Qarabağ Universitetinin fəaliyyətə başlaması nəzərdə tutulur. Belə ki, müəllim-professor heyəti yönündə kadr hazırlıqlar davam edir.

 

Maraqlıdır, yeni açılan universitetdə kadr hazırlığında nələr nəzərə alınacaq?

 

Mövzu ilə bağlı millət vəkili Vahid Əhmədov AzEdu.az-a açıqlama verib.

 

Millət vəkili qeyd edib ki, fəaliyyətə başlayacaq yeni ali məktəblərdə ən vacib məsələlərdən biri kadrların seçilməsidir:

 

"Müşahidələrimiz onu göstərir ki, Azərbaycanda ən reytinqli ali təhsil ocaqlarından biri ADA Universitetidir. Bu unversitet həqiqətən də rəqabətə girməyi bacarır. Qarabağ Universitetini də bu cür reytinqli universitetlər sırasına daxil etmək lazımdır. Çünki bünövrə necə qoyulsa, o cür də davam edəcək. Təhsilin normal inkişaf etməsi üçün müvafiq təhsil proqramı tərtib edilməlidir. Onu da qeyd edim ki, millət vəkili kimi Qarabağ Universitetində tələbələrə mühazirə deməyə hazıram".

 

V.Əhmədov Türkiyə-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü yaxşı hal olduğunu vurğulayıb:

 

“Türkiyə-Azərbaycan Universiteti ilə tanışam. Orda təhsil tamamilə başqadır. Həmçinin insanlara şüurda da təsir fərqlidir. Bu univeristetin yaranmasını yaxşı hal kimi qəbul edirəm. Hesab edirəm ki, bu ali məktəbə Türkiyədən də gələnlər olacaq”.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla