AZ

Ukrayna bu il BVF vasitəsilə Kanadadan 1,74 milyard dollar kredit alacaq

Kanada hakimiyyəti bu il Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Kiyevə 2,4 milyard Kanada dolları (1,74 milyard ABŞ dolları) kredit vermək niyyətindədir. 

Valyuta.az xəbər verir ki, bu barədə Kanadanın 2024-cü maliyyə ili üçün dərc olunmuş federal büdcə layihəsində deyilir.

Sənəddə bildirilir ki, ölkənin federal hökuməti Ukraynaya 2,4 milyard Kanada dolları məbləğində kredit vermək niyyətindədir. Onların 2 milyardı artıq BVF-nin idarə etdiyi hesab vasitəsilə 2024-cü il martın 20-də Kiyevə köçürülüb.

Əvvəllər bildirilirdi ki, 2024-cü ilin yayında Kanada Ukraynaya 450 "SkyRanger" çoxməqsədli pilotsuz uçan aparatı təhvil verməyə başlayacaq.

Aprelin 10-da məlum olub ki, Ukrayna Ali Radası Kanada ilə azad ticarət sazişini ratifikasiya edib. Martın 29-da Kanadanın müdafiə naziri Bill Blair bildirib ki, Ottavada artıq Kiyevə verilə bilən artilleriya mərmiləri və zenit raketləri yoxdur.

Paşa Məmmədli

Seçilən
65
18
Mənbələr
Şərh ()
Bağla