AZ

Ermənistanı iki səfir idarə edir?

Bakı. Trend:

ABŞ və Fransanın Ermənistandakı səfirləri KristinaKvinlə Olivye Dekotinyi deyəsən,özlərini dövlətlərinin İrəvandakıdiplomatik nümayəndəliklərinin rəhbərləri yox, qubernatorsanırlar.

Onlar Ermənistan quberniyasının qubernatorları kimi açıqlamalarverir, bəyanatlarla çıxış edir, ağa qara deyir, qaranı da ağ kimitəqdim edirlər.

Fransanın Ermənistandakı səfirinin son bəyanatlarına nəzərsalsaq, onların istisnasız olaraq hamısı diplomatik etiket vəsəfirliklərin fəaliyyətini tənzimləyən, 1961-ci ildə Vyanada qəbuledilmiş konvensiyanın şərtlərinin kobud şəkildə pozulmasıdır.

O.Dekotinyi gah "qarabağlı ermənilərin məruz qaldıqlarıdeportasiya"dan bəhs edir, gah Fransanın Ermənistanı mütləq şəkildəsürətlə silahlandırmaq məcburiyyətində olduğunu vurğulayır, gahAzərbaycanınn Ermənistanla şərti dövlət sərhədinə gələrək rəsmiBakının ünvanına hədələrlə zəngin paylaşımlar edir, gah da Parisinİrəvanı maksimum dərəcədə dəstəklədiyini və bu dəstəyin daha dagüclənəcəyini bəyan edir.

Fransanın Ermənistandakı diplomatik missiyasının rəhbərisəfirdən daha çox, siyasi makler və vasitəçi təsiri bağışlayır.Onun diplomatik təcrübəsi, intellekti və yaşanan prosesləridəyərləndirmək üçün məntiqi ümidsizlik doğurduğundan, OlivyeDekotinyi isterik demaqoq təsiri bağışlayır.

ABŞ-ın Ermənistandakı səfiri xanım Kristina Kvin isə tam fərqlidavranır və təcrübəli diplomat əvəzinə usta intriqan, peşəkaryalançı obrazındadır.

K.Kvinin "Azadlıq Radiosu"nun erməni xidmətinə verdiyi müsahibəprovokativ çağırışlarla absurd iddiaların bilərəkdən ifrataçatdırılmasının baris nümunəsi sayılmalıdır.

Onun sözlərinə görə, ABŞ və Ermənistan arasında əldə edilmiş birsıra razılaşmalar çərçivəsində Vaşinqton İrəvana zirehli təciliyardım maşınları verəcək.

Qarabağlı ermənilərin Azərbaycanı könüllü tərk edərəkErmənistana yollanması ilə bağlı suala K.Kvin çox "maraqlı" cavabverib: "Baş vermiş hadisələrlə bağldı faktarın toplanması davametdiyindən, qarabağlı ermənilərin məruz qaldığı hadisənin etniktəmizləmə və ya deportasiya olduğunu dəqin deyə bilmərik. Yığılanfaktlar sonradan ABŞ Dövlət Departamentinin hesabatında əksolunacaq".

Səfirin sözlərinə görə, aprelin 5-də Brüsseldə AvropaKomissiyasının sədri Ursula fon der Lyayenlə və Ermənistanın başnaziri Nikol Paşinyanla görüşündə ABŞ-ın dövlət katibi EntoniBlinken "Qarabağdan deportasiya olunmuş ermənilərə dəstək"məqsədilə Vaşinqtonun 7,5 milyon dollar ayırdığını bəyan edib.

Kristina Kvinin daha sonrakı açıqlaması isə ümumiyyətlə, siyasiprovokasiya sayıla bilər və sayılmalıdır da.

"Qarabağlı ermənilərlə bağlı hələlik konkret olaraq bunu deyəbilərəm ki, beynəlxalq hüquqa görə, qaçan insanların geri qayıtmaqvə təhlükəsiz şəraitdə yaşamaq hüquqları olmalıdır. BirləşmişŞtatlar qayıdış hüququnu qətiyyətlə dəstəkləyir. Biz, təbii ki,qarabağlı ermənilərin geriyə, Qarabağa nə zamansa qayıtmalarınıtəmin etməyin yollarını araşdırmaq üçün beynəlxalq təşkilatlarlaişləməyə hazırıq. Vaşinqton qarabağlı ermənilərlə bağlı məsələniqapanmış hesab etmir. Təbii ki, sonadək həll olunmamış çoxsaylıproblemlər var. Onu da deməliyəm ki, Ermənistanda olan qarabağlıerməni qaçqınların əksəriyyəti qayıdışı təhlükəsiz hesab etmirlər.Etiraf etməliyik ki, onların qayıda biləcəkləri mühit təhlükəsizdeyil. Bəhs etdiyim səbəbdən qarabağlı erməniləri Ermənistandadəstəkləməyə üstünlük veririk. Onların qayıdışına və vətənlərindələyaqətli, təhlükəsiz yaşamlarınaimkan verən həll yolu tapılarsa,Azərbaycan hökuməti bu prosesdə əhəmiyyətli dərəcədə iştiraketməlidir", - K.Kvin deyib.

ABŞ-ın Ermənistandakı səfirinin bu açıqlaması təbii ki, Bakıdabirmənalı qarşılanmayıb.

Birləşmiş Ştatların ölkəmizdəki səfirliyi olayla əlaqədarbildirib: "Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hərkəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlılarınhüquqlarına riayət olunmasını dəstəkləyir. ABŞ etnikmənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsinhüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçünşəraitin yaradılmasını dəstəkləyir. Davamlı sülhə aparan yeganə yoldanışıqlar masasına oturmaqdır".

Amma bu, yaranmış problemin həlli deyil.

Birləşmiş Ştatların Ermənistandakı səfiri Kristina Kvin"evlərini tərk edənlərin qayıdış hüququ"ndan bəhs edəndə nədənçalışdığı ölkədə bu problemlə bağlı vəziyyətdən bəhs etməyib?

Nə səbəbdən K.Kvin indiyədək bir dəfədə də olsun 700 minə yaxınetnik azərbayxanlının Ermənistandakı yurd-yuvalarından, evlərindənvəhşicəsinə qovulmalarından, xalqımızın milli-mədəni və tarixiirsinin indiki Ermənistanda məhv edilməsindən bəhs etməyib?

Kristina Kvin nə üçün Ermənistandan sürgün edilən, çıxarılanazərbaycanlıların geri qayıdış hüquqlarından danışmaq istəmir?

Əgər ABŞ gerçəkdən də, Cənubi Qafqazda sülh və stabillik,inkişaf və rifah istəyirsə, Ermənistanda etnik və dini zəmindətəqiblərə, işgəncələrə və qətllərə məruz qalmış soydaşlarımızınhüquqlarının bərpasına çalışmalı, yüz minlərlə azərbaycanlınınindiki Ermənistana dinc, ləyaqətli və təhlükəsiz qayıdışının təminedilməsi üçün əməli addımlar atmalı, konkret və səlisi siyasiaddımlar atmalıdır.

Halbuki, tam əks mənzərəni müşahidə edirik.

Apredin 5-də Brüsseldə keçirilmiş görüşlə bağlı rəsmi - təbiiki, natamam - açıqlamalara görə, ABŞ Ermənistana 65 milyon dollarməbləğində yardıim ünvanlayacaq. ABŞ-ın Beynəlxalq İnkişafAgentliyinin (USAİD) direktoru Samanta Pauer isə rəhbərlik etdiyiqurumun İrəvana “ABŞ və Ermənistan arasında ticari dövriyyəninartması üçün” 33 milyon dollar verəcəyini bildirib.

Bundan başqa, ABŞ və Ermənistan arasında hərbi-texnikiəməkdaşlığı intensivləşdirmək məqsədilə Vaşinqton İrəvana hərbimüşavir yollayacaq.

Azərbaycanın ərazilərinin 20 faizini 30 il ərzində işğaldasaxlayan, minlərlə kvadrat kilometrlik ərazilərimizi minalayan,İkinci Qarabağ Müharibəsi zamanı şəhər və rayon mərkəzlərimiziraket-bomba zərbələrinə məruz qoyaraq dinc insanları qətlə yetirənErmənistana qarşı hər hansı sanksiyalar tətbiq etməyən ABŞ-ınİrəvandakı səfiri “Bakı ilə bağlı fikir”lər söyləyir.

Elə absurd fikirlər ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbiİrəvandakı həmkarının açıqlamalarının yaratdığı mənfi reaksiyanıyumşaltmağa çalışır.

Lakin nə də olsa, ABŞ mövqeyini bildirməli və açıqlamalıdır ki,Birləşmiş Ştatların Bakıdakı səfirinin Şuşa və Xankəndiyə hələ dəbir dəfə olsun (!) səfər etməməsi İkinci Qarabağ Müharibəsinin,habelə ötən ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ iqtisadiregionunda keçirdiyi lokal antiterror əməliyyatlarının sonuxlarınnıVaşinqton tərəfindən tanınmaması kimi qəbul edilməlidir?

Sual açıq qalıb...

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla