AZ

Arda Gülər ​​və Altay Bayındır Mançesterdə görüşdü - FOTO

Karyerasını "Mançester Yunayted"də davam etdirən Türkiyə millisinin qapıçısı Altay Bayındır Çempionlar Liqasında "Mançester Siti" ilə matç üçün "Real Madrid" komandası ilə şəhərə gələn keçmiş komanda yoldaşı Arda Gülərlə görüşüb.

BAKU.WS-in xəbərinə görə, matçdan əvvəl Arda ilə görüşən Altay Bayındır, birgə fotolarını paylaşaraq "Xoş gəldin, əziz qardaşım" yazıb.

Qeyd edək ki, türkiyəli futbolçular daha əvvəl "Fənərbağça" klubununda komanda yoldaşı olublar.

Arda 2023-cü ilin yayında "Real Madrid"ə, Altay isə həmin ilin sentyabrında "Mançester Yunayted" klubuna transfer olub.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla