AZ

Kəşfiyyat Komitəsi Kiyevə yardımı dəstəkləməyə çağırır

Kəşfiyyat

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Ukrayna ilə bağlı gizli brifinqdən sonra konqresmenləri Kiyevə yardımı dəstəkləməyə çağırıb.

Reyting.az
xəbər verir ki, komitənin rəhbəri, respublikaçı konqresmen Mayk Törner və komitənin rütbəli üzvü, demokrat konqresmen Cim Qeyms bununla bağlı bəyanat yayıblar.

Bəyanatda deyilir ki, Ukraynaya yardımın çatdırılması bir borcdur:

“Bu gün gizli brifinqdə komitəmizə Ukraynaya hərbi yardım göstərilməsinin vacibliyi barədə məlumat verilib. Çünki Putinin müharibəsindən sonra Ukraynada vəziyyət kritikdir”.

Nümayəndələr Palatasının aşağı komitələrinin rəhbərləri, Respublikaçılar Partiyasının üzvləri “Ukrayna xalqına yardım haqqında” qanun layihəsini yüksək qiymətləndirməyə çağırılır.

Bəyanatda qeyd olunur ki, bölgədə ABŞ-nin milli təhlükəsizliyi ilə bağlı narahatlıq var və bu yardım paketini dəstəkləmək lazımdır.

E. KAMAL
Seçilən
70
Mənbələr
Şərh ()
Bağla