AZ

Dr.İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmətİdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev ÇiliRespublikasının Santyaqo şəhərində Beynəlxalq Toksikologiyaİttifaqı (IUTOX) tərəfindən keçirilən “İnkişaf etməkdə olanölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir.

Dünyanın 36 ölkəsindən 300-dən çox iştirakçısı olan,irimiqyaslı, nüfuzlu beynəlxalq tədbirin plenar və panelsessiyalarında indiki dövr üçün aktual olan Kliniki, Hərbi,Ekoloji, Peşə və Profilaktik Toksikologiyaya aid məsələlər müzakirəedilib.

Kəskin zəhərlənmələrin epidemiologiyası, yeni növ kimyəvimaddələrlə zəhərlənmələrin diaqnostikasına və müalicəsinə müasiryanaşmalar, kəskin kimyəvi mənşəli intoksikasiyalar zamanızədələnmələrin terapiyası, aktiv detoksikasiyanın və antidotvasitələrin tətbiqi, peşə intoksikasiyalarının profilaktikası,dərmanların allergik və başqa xoşagəlməz effektlərinə nəzarət,ekoloji, hərbi toksikologiya və bir sıra digər aktual məsələlərdünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə işıqlandırılıb vəmüzakirə edilib.

Dosent İsmayıl Əfəndiyev Azərbaycanda zəhərlənmələrinepidemiologiyası və ölkəmizdə intoksikasiyalara qarşı profilaktiktədbirlərə dair poster prezentasiyası təqdim edib. Təqdimat Konqresiştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanıb.Beynəlxalq Konqres öz işini aprel ayının 19-na qədər davametdirəcək.

Seçilən
75
3
Mənbələr
Şərh ()
Bağla