AZ

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün tanınmış həkim, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın 50 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, o, 1974-cü il aprelin 17-də Gədəbəy rayonunun Samanlıq kəndində anadan olub. Orta təhsilini doğulub böyüdüyü kənd orta məktəbində alıb. Həmin il yüksək nəticə ilə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 1998-ci ildə universiteti bitirib.

 

Yazgül Abdiyeva göz yoluxucu xəstəlikləri və buynuz qışanın cərrahiyyəsi üzrə ixtisaslaşıb. Həkim apardığı tədqiqatlara dair ölkəmizdə və xaricdə çap olunmuş bir sıra məqalələrin müəllifidir. Dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

O, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri kimi də mühüm sosial layihələri uğurla davam etdirir, mütəmadi olaraq insanların sağlamlığı ilə bağlı maarifləndirici tədbirlər, treninqlər, ödənişsiz aksiyalar təşkil edir. Həkim pandemiya və müharibə dövründə xüsusilə aktiv fəaliyyət göstərərək cəmiyyət üçün faydalı işlər görüb.

 

Aztibb.az portalı adından həkim-oftalmoloq Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla