AZ

Çeçenistanda Putinin adına rayon yaradılır

Çeçenistanın paytaxtı Qroznıda Rusiya liderinin şərəfinə rayon yaradalacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Qroznı bələdiyyəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Putinski rayonu Qroznının cənub-qərbində yerləşən Şeyx-Mansurovski rayonundan ayrılacaq.

Qroznı bələdiyyəsi iddia edir ki, aprelin əvvəlində onlar qapı-qapı gəzərək, sakinlər arasında səsvermə keçiriblər. Səlahiyyətlilərə görə, 34.705 respondent “Putinski” adına səs verib və yalnız 200-ə yaxın insan “öz versiyasını” təklif edib.

Artıq şəhər duması sorğunu əsaslı hesab edib və yeni rayonun yaradılması haqqında qanunun qəbul edilməsi üçün materialları vilayət parlamentinə göndərib.

Xatırladaq ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov daha əvvəl 200 hektardan çox əraziyə malik yeni rayon yaratmaq və ona Rusiya prezidentinin adının verilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə, qərar “respublikanın dirçəldilməsi imkanlarına” görə “çeçen xalqının dərin minnətdarlıq əlaməti” kimi qəbul edilib.

Rafi Müslümov

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla