AZ

Gənə ilə yoluxan xəstəliklər

"Gənələrdən borrelioz və ensefalit xəstəliyi keçə bilər".

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu allerqoloq Ayşat İdarmaçeva 

Həkimin sözlərinə görə, gənə ensefaliti son dərəcə təhlükəli infeksiyadır və ölüm nisbəti 1-2% -dən 25% -ə qədərdir:

"Dişləmədən bir neçə dəqiqə sonra yoluxmuş gənənin tüpürcəyi ilə ötürülür. İnkubasiya dövrü dörd gündən 28 günə qədərdir. Birinci mərhələ qızdırma, zəiflik, baş ağrısı və oynaq ağrıları ilə xarakterizə olunur. Bundan sonra nevroloji ağırlaşmalar baş verir. Başı hərəkət etdirərkən güclənən şiddətli bir baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, gözlərdə ağrı, şüurun pozulması görünür". 

Həkim vurğuladı ki, gənə ensefalitinin müalicəsi yoxdur, yalnız xəstəxana şəraitində simptomatik müalicə mümkündür.

O əlavə edib ki, təbiətdə qalarkən qapalı paltar geyinmək və gənə qovucu vasitələrdən istifadə etmək lazımdır. Gənə dişləyirsə, onu ip, cımbız və ya xüsusi bir gənə təmizləyicisi ilə çıxarmaq lazımdır.

Humay İSGƏNDƏRLİ

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla