AZ

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni sərəncamlar imzalayıb

Naxçıvan

Naxçıvan, 17 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti aprel ayının ilk 15 günündə bir sıra qərarlar qəbul edib, sərəncamlar imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Naxçıvan” Beynəlxalq Hava Limanının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli Qərarının icrasının təmin edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb. Adıçəkilən Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Ədliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, İqtisadiyyat, Maliyyə nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.

Nazirlər Kabinetinin digər Sərəncamına əsasən, 1 yanvar 2024-cü il vəziyyətinə Naxçıvan Muxtar Respublikasının inzibati ərazi hüdudunda ümumi torpaqların mülkiyyət növləri və təbii-təsərrüfat yerləri, suvarılan və ümumi suvarılan torpaqların mülkiyyət növləri və təbii-təsərrüfat yerləri üzrə hesabatı təsdiqlənib.

“Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin ləğv edilməsi barədə” Ali Məclisi sədrinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilərək, Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın müvafiq bəndi ləğv olunub.

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin ləğv edilməsi haqqında” Ali Məclisi sədrinin Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və “Sərnişinlərin icbari fərdi qəza sığortası”nın aparılması haqqında”, “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarları ləğv edilib.

Həmçinin ləğv edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlak və ştat vahidlərinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sərəncamına verilməsi haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən ləğv edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sərəncamına verilməsi nəzərdə tutulan əmlak və ştat vahidlərinin siyahıları, mərkəzi qida sınaq laboratoriyasının Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sərəncamına verilməsi nəzərdə tutulan əmlak ştat vahidlərinin siyahıları təsdiq olunub.

 

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla