AZ

“Atletiko” Dünya Çempionatına vəsiqəni təmin etdi, “Barselona” daha 50 milyon itirdi

“Atletiko” Çempionlar Liqasının yarımfinalından kənarda qalsa da, 2025-ci ildə baş tutacaq Klublararası Dünya Çempionatında oynamağı təmin edib. Madrid klubu UEFA reytinqində “Barselona”nı qabaqlayıb və 2025-ci ildə ABŞ-da keçiriləcək yarışda iştirak edəcək 11-ci Avropa klubu olub.

Turnir gələn il iyun – iyul aylarında 32 klub (4 komandadan ibarət 8 qrup) arasında keçiriləcək. “Atletiko” bu yarışda iştirak üçün 50 milyon avro alacaq.

Ondan əvvəl “Çelsi”, “Real”, “Mançester Siti”, “Bayern”, PSJ, “İnter”, “Portu”, “Benfika”, “Borussiya” (Dortmund) və “Yuventus” Klublararası Dünya Çempionatına vəsiqəni təmin etmişdi. Avropadan sonuncu vəsiqə “Arsenal” və “Zalsburq”dan birinə qismət olacaq.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla